04 may 2023 13:16
2279

Dahi şəxsiyyət Heydər Əliyev yeni Azərbaycanın memarıdır

Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində böyük yeniliklərə, böyük işlərə imza atıb. Bu gün Azərbaycan tarixində Heydər Əliyevdən danışarkən, adətən, onu Ümumilli lider kimi səciyyələndiririk.  Azərbaycan xalqının böyük idealı olan Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Əvəzsiz xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibadət məktəbidir. Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hər zaman özünü göstərirdi. Sadə, zəhmətkeş ailədə dünyaya göz açan bu böyük insan hələ gəncliyindən böyük bir ölkənin yükünü daşımışdır. Beləki, Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycan rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanda həyat ritmi büsbütün dəyişdi. İqtisadiyyat, sənayə və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi. Məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü müstəqilliyimizin təməli qoyuldu. Milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.

Lakin sonralar baş verən məlum hadisələr, Heydər Əliyevə qarşı həsəd və qısqanclıq hisslərinin baş qaldırması, Azərbaycan əleyhinə çirkin niyyətləri həyata keçirmək üçün Ulu Öndər vəzifədən uzaqlaşdırıldı. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə yenidən hakimiyyətə çağırdı. Çünki xalqımız inanırdı ki, yalnız Heydər Əliyev xilas edə bilər. Heydər Əliyev tanrının Azərbaycan xalqının taleyinə göndərilən bir dahi insan idi.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir.  

Aynurə İsmayılova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 35" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü