04 may 2023 13:10
463

Müstəqil Azərbaycan dövlətinin qurucusu

1991-ci il 18 oktyabrda Azərbaycan müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illəri hakimiyyətdə  olan boşluq, Ermənistanın Azərbaycana olan təcavüzü ölkəmizdə vəziyyəti gərginləşdirdi. Ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycan daxilində qardaş qırğını Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması məsələsini ortaya çıxartdı. Belə bir vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı bütün bu gərginlikləri aradan qaldırdı.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. İki ildir ki, Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq torpaqlarımızı azad edib, ərazi bütövlüyümüzü təmin edib.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Məcburi köçkünlərlə olan görüşündə belə bir çıxış etdi:

“Arzu edirəm ki, sizinlə birlikdə Şuşaya gedək. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, o isti suyu- biz onlarsız yaşaya bilmərik”...

Ulu Öndərin arzuları artıq reallaşıb, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirib. Bu gün əzəmətli, üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda əzəmətlə dalğalanır. Əsası 1993-cü il iyunun 15-də qoyulan Milli Qurtuluş Günü bugünkü Zəfər yolunun, inkişafın başlanğıcı oldu. 

Bahar Vəliyeva,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 35" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü