04 may 2023 13:53
513

FIDE prezidenti Bakıya gəlir

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Bakıya gələcək.

Federasiyadan “İki sahil”ə verilən məlumata görə, FIDE prezidentinin səfərində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalına açılış mərasimində iştirak etməkdir.

Arkadi Dvorkoviç səfər zamanı bir sıra mühüm görüşlər keçirəcək.