04 may 2023 13:29
515

Şuşada ikinci beynəlxalq şahmat turniri keçiriləcək

Bu il Şuşada ikinci beynəlxalq şahmat turniri keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov məlumat verib.

Nazir bildirib ki, bu məsələ artıq təsdiqini tapıb.

Qeyd edək ki, 2022-ci ilin 21-24 sentyabr tarixlərində birinci “Shusha Chess 2022” beynəlxalq şahmat turniri keçirilib./REPORT/