04 may 2023 12:36
468

Azərbaycan yığmasının Millətlər Liqasında keçirəcəyi oyunların təqvimi müəyyənləşib

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının 2023/2024 mövsümündə keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

AFFA-dan “İki sahil”ə verilən məlumata görə, C Liqasının III qrupunda yer alan yığma ilk oyununu sentyabrın 22-də evdə Kiprə qarşı keçirəcək.

Siyasət Əsgərovun yetirmələri qrupda son matçlarını da dekabrda öz meydanında keçirəcəklər.

Azərbaycan yığmasının oyunlarının təqvimi:

22 sentyabr. Azərbaycan - Kipr

26 sentyabr. Monteneqro - Azərbaycan

27 oktyabr. Farer adaları - Azərbaycan

31 oktyabr. Azərbaycan - Monteneqro

1 dekabr. Kipr - Azərbaycan

5 dekabr. Azərbaycan - Farer adaları