03 may 2023 18:43
629

"Sabah" - "Beşiktaş" matçının başlama saatı bəlli olub

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında keçiriləcək xeyriyyə oyununun başlama saatı bəlli olub.

“İki sahil” Bakı klubundan verilən məlumata istinadən xəbər verir ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.