03 may 2023 00:20
440

Messi 2 həftəlik komanda məşqlərindən uzaqlaşdırıldı

“PSJ” hücumçu Lionel Messini iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırıb.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb futbolçunun “Loryen”lə matçdan sonra özbaşına Səudiyyə Ərəbistanına getməsidir.

Qeyd edək ki, 2021-ci ilin avqustunda argentinalı “PSJ”yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir. Mətbuat dünya çempionunun Səudiyyə Ərəbistanı klublarından birinə keçə biləcəyi barədə xəbərlər yayıb.

Həmçinin Messinin “Barselona”ya qayıdışı ilə bağlı məlumatlar da yayılıb.