02 may 2023 16:38
530

Azərbaycan yığmasının rəqibləri bəlli olub- Millətlər Liqası

Qadın futbolçulardan ibarət Azərbaycan yğmasının ilk dəfə keçiriləcək UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib.

“İki sahil”in UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu gün keçirilən püşkatmanın nəticəsində yığma C Liqasının III qrupuna düşüb.

Siyasət Əsgərovun kollektivi Monteneqro, Kipr və Farer adaları ilə mübarizə aparacaq. İlk turun oyunları 20-26 sentyabr tarixlərində keçiriləcək.