02 may 2023 13:00
442

"Barselona"nın keçmiş idman direktoru burada çalışacaq

"Betis" idman direktoru vəzifəsinə Ramon Planesi təyin edib.

“İki sahil” xəbər verir ki, bu barədəklubun saytı məlumat yayıb.  55 yaşlı ispaniyalı ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.

Planesin son iş yeri "Xetafe" olub. Əvvəllər o, "Barselona", "Rayo Valyekano", "Tottenhem", "Espanyol" və "Raysinq"də idman direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, 32 turdan sonra "Betis " La Liqada 6-cı yerdədir .