01 may 2023 22:50
516

Azərbaycan millisi "Heydər Əliyev-100" Beynəlxalq Minifutbol Turnirinə heç-heçə ilə başlayıb

Minifutbol üzrə Azərbaycan milli komandası Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Beynəlxalq Turnirə heç-heçə ilə başlayıb.

“İki sahil” xəbər verir ki, yığma A qrupunun ilk turunda Çexiya seçməsi ilə qarşılaşıb. Bakı Tennis Akademiyasında baş tutan görüşdə qapılara qol vurulmayıb.

Bu qrupun ilk matçında Serbiya millisi Gürcüstana minimal hesabla qalib gəlib - 1:0.

Qeyd edək ki, turnirə mayın 6-da yekun vurulacaq.