01 may 2023 18:47
478

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Ümid Rüstəmov Özbəkistanın paytaxtı Daşkənddə bu gün start götürən dünya çempionatına qələbə ilə başlayıb.

“İki sahil” xəbər verir ki, 57 kq-da çıxış edən idmançı 1/32 finalda mərakeşli Süleyman Samqulini sınağa çəkib.

Hakimlərin yekdil qərarı ilə qələbə qazanan Rüstəmov ikinci və üçüncü raundlarda rəqibini noqdauna salmağı bacarıb.

Qeyd edək ki, mayın 15-dək davam edəcək mundialda Azərbaycanın ümumilikdə 13 boksçusu qüvvəsini sınayacaq.