25 aprel 2023-cü ildə cənab Prezident İlham Əliyev Bolqarıstana səfər etmişdir. Paytaxt Sofiyada onu təmtəraqla qarşıladılar. Bu da səfərin necə böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bolqarıstan ölkəmizin strateji müttəfiqlərindən biridir. Şərqi Avropada yerləşən bu dövlət Aİ üzvü kimi də bizim xarici siyasətimizdə mühüm yer tutur. Ölkəmizin zəngin enerji resurslarının ixracı baxımından da Bolqarıstan strateji əhəmiyyətə malikdir.
Son illər iki ölkə liderlərinin qarşılıqlı səfərləri əlaqələrin daha da dərinləşməsinə səbəb olmuşdur.Hələ 2022-ci il 30 sentyabr-1 oktyabr tarixlərində cənab Prezident İlham Əliyevin Bolqarıstana səfəri mühüm sənədlərin imzalanması ilə yadda qalmışdı. Sonuncu səfər də elə bu qəbildəndir. Bolqarıstan Respublikasının prezidenti Rumen Radev bu səfərə böyük önəm vermişdir. Səfərin əsas məqsədi 4 ölkənin şirkətləri arasında qaz ixracı ilə bağlı Anlaşma Memerandumunun izalanması idi. Aprelin 25-də Sofiyada “ Bulqartrasnqaz” ( Bolqarıstan), Transqaz”(Rumıniya), ”FGSR”(Macarıstan), ”Eustream”(Slovakiya),” Socar”(Azərbaycan) şirkətləri arasında qaz nəqli ilə bağlı Anlaşma Memarandumu imzalandı. Müqaviləyə görə,həmin ölkələrə Azərbaycan qazının nəqli artırılacaq. Bu müqavilə Aİ-nin dəstəyilə imzalanmışdır. Səfər çərçivəsində Yunanıstanla Bolqarıstan arasında qaz onterkonnektorunun da açılışı olmuşdur. Müqavilənin imzalanmasından sonra Sofiyada Socar-ın rəsmi ofisinin də açılışı olmuşdur. Rusiya-Ukrayna müharibəsi və onun fəsadları ölkələri, onların təhlükəsizliyini təhdid edir. Aİ və onun üzvlərinin əsas məqsədi də öz enerji təhlükəsizliklərini gücləndirmək, yeni mənbələr əldə etmək, enerji mənbələrini şaxələndirmək istəyirlər. Onun üçün də Azərbaycan həmin ölkələr üçün etibarlı və əlverişli tərəfdaşdır. Artıq 1 ildir ki, Bolqarıstan Azərbaycan qazı əldə edir. Keçən il Avropa ölkələrinə 8 mlrd.kub metr Azərbaycan qazı ixrac olunmuşdur. Bu il üçün isə 12 mlrd.kub metr qaz ixracı nəzərdə tutulur.Bunun üçün ölkəmizin ixrac potensialı var. İxrac üçün BTC,TANAP və TAP kimi boru kəmərləri də var. Ən əsas isə İlham Əliyevin güclü siyasi iradəsi var.
Son illər ölkəmizin Mərkəzi və Şərqi Avropa ölkələri ilə əlaqələri sürətlə inkişaf etməkdədir. Böyük bir regionun Azərbaycana, onun zəngin enerji qaynaqlarına maraq ölkəmizə də böyük dvidentlər qazandırmışdır və qazandırmaqda davam edir. Enerji diplomatiyamızölkəmizin təhlükəsizliyinə böyük töhfələr verməklə yanaşı, beynəlxalq arenada müttəfiqlərimizin də sayını artırır. Xüsusilə də Vətən müharibəsindən sonra bəzi ermənipərəst dövlətlər və dairələrə qarşı enerji diplomatiyasının böyük önəmi var. Bu gün cənab Prezident beynəlxalq münasibətlərdə ən mahir oyunçulardan biridir. Onun birtək amalı var: Ölkəmiz təhlükəsiz olsun, xalqımız firəvan yaşasın. Bu yolda Ona ancaq və ancaq uğurlar arzu edirik!
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ötən illər ərzində ölkəmiz hər bir sahə üzrə inkişaf edib, nailiyyətlər qazanıb. O cümlədən ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artması, dünya siyasətində yerinin və rolunun möhkəmləndirilməsi istiqamətində də çox böyük nailiyyətlər əldə edilib. Bu prosesdə mühüm amillərdən biri Azərbaycanın həyata keçirdiyi uğurlu enerji siyasəti, ölkəmizin müəllifi və iştirakçısı olduğu transmilli, qlobal xarakterli layihələrdir. Qeyd etmək lazımdır ki, bu gün Xəzəryanı ölkələr arasında geniş əməkdaşlıq münasibətləri mövcuddur. Bu platformanın yaradılmasında və funksionallığının təmin olunmasında Azərbaycanın rolu əvəzsizdir. Azərbaycan hər zaman Xəzərdə dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılmasına böyük səy göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın imzalanması da buna nümunədir.
İmzalanan memorandum Azərbaycan ilə neft-qaz sahəsində əməkdaşlıq baxımından yeni səhifə açır. Azərbaycan bu sahədə mühüm və sınaqdan çıxmış tərəfdaşdır.
SOCAR-ın məlumatına görə 2023-cü il yanvarın 1-dən etibarən təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqli başlayıb.
2022-ci il iyulun 18-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanan zaman Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen bildirib ki, Azərbaycandan qaz ixracı iki dəfə artır.
Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında Əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Ruminiya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Ölkələr arsında məhsuldar münasibətlərin, yüksək həmrəyliyin və strateji tərəfdaşlığın təmin edilməsi məqsədini daşıyan liderlərimizin uzaqgörən siyasəti və yorulmaz səyləri nəticəsində bu gün biz Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşmasının şahidi oluruq. Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. Bu yeni layihə Cənub Qaz Dəhlizi sayəsində iki ildən də artıq müddət ərzində tərəfdaşlarımız üçün etibarlı və sabit enerji təchizatında strateji rol oynayan ölkədən – Azərbaycandan olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək. Azərbaycan Prezidentinin Bolqarıstan səfəri və burada imzalanan memorandum göstərir ki, Azərbaycanın Avropanın enerji təminatında rolu və əhəmiyyəti artır. Bu da Azərbaycanın nüfuzunun artdığının göstəricisidir.
Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya qaz təchizatını başlayacaq. Yerli qazpaylayıcı sistemin qurulması məqsədilə müvafiq danışıqlar aparılır. Azərbaycan hökuməti Albaniya ilə danışıqlar aparır. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, yaxın vaxtlarda enerji sahəsində tərəfdaşımıza çevriləcək.
Azərbaycan qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcək. “Ən azı” ona görə ki, bu, planların sonu deyil. Ölkəmiz Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır. Neft-kimya məhsulları və elektrik enerjisi də ixracımızın bir hissəsidir.
Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır. Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat enerji potensialı mövcuddur. Yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bu gün XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, Avrasiyanın enerji xəritəsi yenidən cızılır.
Bütün bu atılan addımlar, imzalanan saziş və memorandumlar Azərbaycan Respublikası Prezidentinin güclü siyasətinin bariz nümunəsidir ki, ölkəmiz Avropanın güclü strateji əməkdaşına çevrilir.
Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri