30 aprel 2023 18:20
531

Filippindən olan azarkeş: Formula 1 Azərbaycan Qran Prisi üçün hər il Bakıya gəlməyə hazıram

Mən hər il Formula 1 Azərbaycan Qran Prisi üçün Bakıya gəlməyə hazıram.

Bunu bazar günü Filippindən olan azarkeş Coel Podjas deyib.

"Mən ölkənizin qonaqpərvərliyi ilə çoxdan tanışam. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Bu dəfəki səfərimin məqsədi Bakı şəhərində dünyaca məşhur yarışa şahid olmaqdır. Deyə bilərəm ki, Bakı treki hər cəhətdən əladır. Mən Fernando Alonsonun fanatıyam. Mən həm yarışın özü, həm də ləzzətli yeməklər və mehriban insanlara görə ölkənizə dəfələrlə səfər etməyə hazıram", - deyə o bildirib.

Trend