30 aprel 2023 18:49
486

Cənubi Afrikadan olan azarkeş: Formula 1 Azərbaycan Qran Prisinin təşkili ən yüksək qiymətə layiqdir

Formula 1 Azərbaycan Qran Prisinin təşkili ən yüksək qiymətə layiqdir.

“İki sahil” xəbər verir ki, bunu Trend-ə Cənubi Afrikadan olan azarkeş Niko Ostheyzen deyib.

"Mən əslən Cənubi Afrikadanam, amma beş ildir ki, gözəl Bakıda yaşayıram və işləyirəm. Azərbaycanın paytaxtına olan sevgimi sözlə ifadə etmək mümkün deyil. Burada özümü çox yaxşı hiss edirəm, hətta sizin dilinizi başa düşürəm və öyrənirəm. Yarışa gəlincə, artıq bir neçə ildir ki, Bakıda keçirilən yarışları izləyirəm. Hər il yarışın özü və bu tədbirin şərəfinə təşkil edilən şou proqramlar getdikcə daha maraqlı olur. Dünyaca məşhur DJ-lərin iştirakı ilə axşam konsertləri biz azarkeşləri çox ruhlandırır", - deyə o bildirib.