30 aprel 2023 16:54
490

Böyük Britaniyadan olan azarkeş: Bakı treki çox xoşuma gəldi

Mən çox şadam ki, məhz Bakıda öz kumirim Lyuis Hemiltonu dəstəkləyə biləcəyəm.

“İki sahil” xəbər verir ki, bunu Trend-in müxbirinə Böyük Britaniyadan olan azarkeş Kriş Şukla deyib.

"Bu, mənim Bakıya ikinci səfərimdir. Şəhərinizin gözəlliyi və memarlığı məni valeh etdi. Heyranlığımın həddi-hüdudu yoxdur, yarışın yeri və bu tədbirin təşkili uzaq ölkələrdən bura gəlməyə dəyər. Mən çoxlu treklərə baş çəkmişəm, lakin Bakıdakı kimi trek ilk dəfə görürəm və Bakı treki mənim çox xoşuma gəldi", - deyə azarkeş bildirib.