"Fənərbaxça" Türkiyə Superliqasında 32-ci tur oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisi səfərdə "Sivasspor"la qarşılaşıb. Görüş "Fənərbaxça"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Fənərbaxça" turnir cədvəlində 67 xalla 2-ci, "Sivasspor" isə 37 xalla 11-cidir.
"Sivasspor" - "Fənərbaxça" - 1:3
Qollar: Kaysedo, 76 - Rossi, 22, Kadıoğlu, 45+1, 45+10
Qırmızı vərəqə: İrfan Kahveci, 45+5 ("Fənərbaxça")