Mən Bakıya ilk dəfə səyahət edirəm. Portuqaliyadan Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün gəlmişəm. Bu yarışın keçirildiyi Bakı şəhəri çox xoşuma gəldi.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində portuqaliyalı turist Sandra Soares deyib.
Azərbaycan Milli İncəsənət Muzeyini və Qız qalasını ziyarət etdiyini bildirən Sandra Soares deyib: “Bakının memarlığı adamı heyran edir. Gözəl memarlığı ilə diqqət çəkən Bakı füsunkar şəhərdir”.
Paytaxtımızda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü də maraqlı idman mübarizəsi şəraitində keçib.
Dünya çempionatının dördüncü mərhələsi – Azərbaycan Qran-Prisində bu mövsümün ilk sprint yarışı və yürüşü təşkil olunub.