29 aprel 2023 19:11
852

Aykut Kefi: Azərbaycan Formula 1-ə yüksək səviyyədə ev sahibliyi edir

Mən on il əvvəl Azərbaycana səfər etmişdim. O vaxtlar deyirdim ki, Azərbaycan çox inkişaf etmiş ölkədir. İndi isə deyirəm ki, Azərbaycan 10 il əvvələ görə daha çox inkişaf edən, gündən-günə nüfuzu artan ölkədir. Paytaxt Bakı isə çox gözəldir.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində “Castrol Ford Team Türkiye”nin pilotu Aykut Kefi deyib.

"Bakıya Formula 1-i izləmək üçün gəlmişəm. Mən də Türkiyədə avtomobil yarışçısı olduğum üçün bu yarışa çox həvəsliyəm. Azərbaycan Formula 1-ə yüksək səviyyədə ev sahibliyi edir", - deyə o bildirib.