Bu gün Misli Premyer Liqasının 32-ci turu çərçivəsində "Kəpəz" "Sumqayıt"ı qəbul edib.
“İki sahil” xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyun saat 16.00-da start götürüb.
Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov və Nicat İsmayıllıdan ibarət hakimlər briqadasının idarə etdiyi matçın 64-cü dəqiqəsində hesabı açan Vüsal İsgəndərli “Sumqayıt”ın qələbəsini təmin edin.
Qarşılaşmada başqa qol vurulmayıb.
Misli Premyer Liqası,
32-ci tur
29 aprel (şənbə)
16:00. “Kəpəz” 0–1 “Sumqayıt”
Qol: Vüsal İsgəndərli, 64
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu