"Milan"ın futbolçusu Zlatan İbrahimoviç "Monza"ya keçə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat verib.
Bildirilib ki, "Milan" rəhbərliyi isveçli hücumçunun gələcəyi ilə bağlı hələ yekun qərar verməyib. Əgər klub İbrahimoviçlə müqaviləni yeniləməmək qərarına gəlsə, o zaman "Monza" oyunçunu transfer etməyə çalışacaq.
41 yaşlı İbrahimoviç bu mövsüm zədə səbəbindən "Milan"ın heyətində cəmi 4 oyun keçirib və 1 qol vurub.