29 aprel 2023 13:31
592

Formula 1 komandalarının sprint yarışı başa çatıb

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sprint yarışı başa çatıb.

“İki sahil” xəbər verir ki, mövsümün ilk sprint yarışının təsnifat mərhələsinin qalibi "Ferrari" komandasından olan Çarles Lekler olub. O, qəza vəziyyətinə düşsə də, özünü vəziyyətdən çıxardaraq liderliyə nail olub.

"Red Bull"dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen üçüncü sırada qərarlaşıb.