28 aprel 2023 13:27
600

Azərbaycanın uğurlu enerji diplomatiyası

25 aprel 2023-cü ildə Sofiyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevin iştirakı ilə Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Rumıniya Respublikası, Macarıstan Respublikası və Slovakiya Respublikası arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilmişdir. Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzaladılar.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Ölkə Başçısı imzalanmış Anlaşma Memorandumunun icrasının Avropada enerji təhlükəsizliyinin gücləndirməsinə və Azərbaycanın Avropa ölkəsinə daha çox qazı ixrac etməsinə şərait yaradacağını diqqətə çatdırdı. Cənab Prezident Azərbaycanın Avropanın müxtəlif sahələrdə etibarlı tərəfdaşı olduğunu, Avropa İttifaqının 9 üzv dövləti ilə “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atdığını çıxışında bildirdi. “Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq”.

Cənab Prezident İlham Əliyev iyirmi ildən artıq bir müddətdə Azərbaycanın Avropaya xam neft, Neft-kimya məhsulları və elektrik enerjisi ixrac edən etibarlı tərəfdaş olduğunu bildirmişdir. Ölkə Başçısı 1994-cü ildə imzalanmış “XX əsrin müqaviləsi”ni xatırladaraq Azərbaycanın ilk dəfə Xəzər dənizində nefti hasil və ixrac məqsədilə xarici neft şirkətlərinin cəlb olunmasını və bunun XXI əsrin layihəsini həyata keçirmək və miqyası genişləndirmək üçün bir başlanğıc kimi qiymətləndirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaranmış ticari əlaqələri “fəal enerji diplomatiyası” kimi qiymətləndirərək gələcəkdə bu əlaqələrin davam etdiriləcəyini, neft meqalayihələri, qaz, yaşıl hidrogen kimi layihələrinin güclü ötürmə vasitəsi olacağına, Avrasiyanın enerji xəritəsini yenidən çəkiləcəyini bildirdi.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri