28 aprel 2023 20:17
583

"Formula 1": Bakı heç vaxt məyus etmir

"Formula 1"dən Azərbaycan Qran-prisi ilə bağlı növbəti paylaşım: "Bakı heç vaxt məyus etmir"

"Formula 1"in sosial şəbəkə hesabları Azərbaycan Qran-prisi ilə bağlı növbəti paylaşımı edib.

“İki sahil” xəbər verir ki, videoçarxda sıralama turunun ən maraqlı anlarından ibarət görüntülər yer alıb.

Paylaşımın üzərində isə bu cümlə yazılıb: "Bakı heç vaxt məyus etmir".

Qeyd edək ki, "Formula 1"də sıralama turunu "Ferrari" pilotu Şarl Lekler ilk pillədə bitirib.