28 aprel 2023 19:10
528

Dünya Kuboku: Azərbaycanın idman gimnastı finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov Misirin paytaxtı Qahirədə keçirilən Dünya Kubokunda finala yüksəlib.

“İki sahil” xəbər verir ki, 27 yaşlı idmançı halqalar ilə hərəkətlərin icrasında həlledici raunda vəsiqə əldə edib.

Final çıxışları aprelin 29-da olacaq.