28 aprel 2023 16:54
477

Klub prezidentini istefaya səslədilər

“Tottenhem” azarkeşləri klub prezidenti Daniel Levinin istefa verməsini tələb edirlər.

"İki sahil" Britaniya mətbuatına istinadən xəbər verir ki, onlar İngiltərə Premyer Liqasının 33-cü turunda “Mançester Yunayted”lə matçda (2:2) istefa şüarları səsləndiriblər. Fanatlar bunları deyiblər: "Daniel Levi, klubumuzdan get".

Qeyd edək ki, Daniel Levi 2001-ci ildən "Tottenhem"in prezidentidir.