28 aprel 2023 10:05
600

“Neftçi”nin qapıçısı “Trabzonspor”a keçə bilər

“Neftçi”nin xorvatiyalı futbolçusu İvan Brkiç Türkiyənin “Trabzonspor” klubuna keçə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “vecernji.hr” saytı məlumat yayıb.

Nəşrin iddiasına əsasən, 28 yaşlı qapıçı “ağ-qaralar”ın heyətində xoşbəxt olsa da, həmyerlisi Nenad Byelkanın “Trabzonspor”a baş məşqçi təyin olunması vəziyyəti dəyişə bilər: “Brkiçin “Neftçi” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. Onunla maraqlanan bir neçə klub var, hətta beşinci liqadan da əlaqə saxlayıblar. Buna baxmayaraq, Brkiç Bakıda xoşbəxtdir, yəqin ki, komandasını dəyişməyəcək. Klub da ondan razıdır, yeni sözləşmə imzalamağa hazırdır. Lakin Nenad Byelkanın “Trabzonspor”a keçidi onun da Türkiyəyə yolunu aça bilər”.

Qeyd edək ki, İvan Brkiç 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edir.