"Krasnodar"ın futbolçusu Kadi Borges üçün bu mövsüm erkən başa çatıb.
"İki sahil" Rusiya mətbuatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi meydana yalnız növbəti mövsümün əvvəlində qayıdacaq.
“Zədədən sonra reabilitasiya 15-20 gün davam edəcək. Sonra hərtərəfli bərpa 1-2 ay davam edəcək. Həmçinin, bütün bu müddət ərzində oyunçu xüsusi qoruyucu maska taxacaq. Çox güman ki, Kadi növbəti mövsümə hazırlaşmaq üçün artıq "Krasnodar"ın yay düşərgəsində fəaliyyətə qayıdacaq” - deyə oyunçuya yaxın olan mənbə sport24.ru-ya açıqlamasında bildirib.
Xatırladaq ki, "Qarabağ"ın sabiq futbolçusu "Spartak” Premyer Liqa matçın ikinci hissəsinin əvvəlində rəqibin yarımmüdafiəçisi ilə toqquşub. Onun başı Georgi Cikianın çiyninə dəyib. Bundan sonra Kadi huşunu itirib. Dili qatlanan futbolçuya ilk yardımı rəqibin kapitanı Cikia edib.
Epizoddan sonra özünə gələn Kadi 51-ci dəqiqədə elektromobillə meydandan çıxarılıb. Daha sonra o, təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Beyni silkələnən futbolçunun üz sümüyündə sınıq da aşkarlanıb.