27 aprel 2023 09:33
457

"Çelsi" ÇL-ə vəsiqə şansını itirdi

İngiltərə Premyer Liqasının 33-cü turunun "Brentford"la oyununda (0:2) məğlub olan "Çelsi" Çempionlar Liqasına düşmək şansını itirib.

“İki sahil” xəbər verir ki, London təmsilçisi hazırda 39 xalla Premyer Liqa cədvəlinin 11-ci pilləsində qərarlaşıb və yarışın bitməsinə 6 tur qalmış Çempionlar Liqası zonasından 20 xal geri qalır. 

Beləliklə, "Çelsi"nin bu mövsümün sonunda Çempionlar Liqası zonasına düşmək şanı yoxdur. Klub 2018/2019 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında oynamayacaq.

Qeyd edək ki, "Çelsi" yeni baş məşqçi Frank Lempardın rəhbərliyi altında bütün turnirlərdə keçirdiyi 5 matçın hamısında uduzub.

Xatırladaq ki, Çempionlar Liqasında bu mövsüm “Çelsi” 1/4 finalda "Real"a uduzaraq mübarizəni dayandırıb.