26 aprel 2023 22:25
476

Azərbaycan Kuboku: “Neftçi” finala çıxdı

Bu gün Azərbaycan kubokunda yarımfinalın cavab oyunlarına start verilib.

“İki sahil” xəbər verir ki, ilk finalçı “Bakcell Arena”da müəyyənləşib.

“Neftçi” öz meydanında “Turan Tovuz”u qəbul edib. Bakılılar səfərdə aldığı 0:1 hesablı məğlubiyyətin əvəzini 2:0-la çıxıb.

Qeyd edək ki, digər finalçı sabah müəyyənləşəcək. “ASCO Arena”da “Səbail” “Qəbələ”ni qəbul edəcək.