"Mançester Siti" Xosep Qvardiolanın başçılığı altında İngiltərə Premyer Liqasında "Arsenal"a uduzmayıb.
“İki sahil” xəbər verir ki, komandalar arasında bunadək baş tutmuş 13 çempionat matçının 12-si "şəhərlilər"in xeyrinə başa çatıb. Bir qarşılaşmada isə heç-heçə qeydə alınıb.
İspaniyalı mütəxəssis 2016-cı ilin yayından Mançester təmsilçisinin sükanı arxasındadır.
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqanın XXXIII turunda bu gün "Arsenal"ı qəbul edəcək. Hazırda London təmsilçisi 75 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 oyun az keçirən "şəhərlilər" isə 2-ci sırada qərarlaşıb.