Qədim Roma filosofu Lutsius Anneus Seneka deyirdi: “Mənəvi öhdəliklərin dairəsi qanunların yazdığından qat-qat genişdir”. Yəni, mənəviyyatın əhatə etdiyi məsələlər çox zaman qanunlarla cızılan dairədən kənara çıxır. Kamil zəkalı, yüksək mənəviyyatlı, vətənpərvər insanlar həmişə daxildən gələn böyük enerji ilə öz xalqı, Vətəni üçün çalışıblar. Bu gün də belədir və onların bu əməyi əsl qəhrəmanlıqdır.
Mənəviyyatsızlar üçün isə Vətən, torpaq, xalq anlayışı yoxdur. Son zamanlar xarici ölkələrdə “siyasi mühacir” adı ilə məskunlaşan “sapı özümüzdən olan baltalar”ın ilk sırasında yer tutan Tural Sadıqlı məhz belələrindəndir. Bu xəyanətkarın son vaxtlar sosial şəbəkələrdə Azərbaycan əleyhinə apardığı qarayaxma kampaniyası məhz mənəviyyatsızlığın pik nöqtəsidir.
Gerçəkdən də bu satqın idiotun anti-Azərbaycan dairələrin sifarişi və qrantları müqabilində göstərdiyi antimilli fəaliyyət bir daha sübut edir ki, T.Sadıqlı sağalmaz “erməni xəstəliyinə” düçar olub. Əgər belə olmasaydı erməni lobbisinin təsiri altında olan bəzi beynəlxalq təşkilatların sifarişini yerinə yetirən T.Sadıqlı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulmasının əleyhinə “qara piar” kampaniyası aparmazdı.
Məsələ burasındadır ki, T.Sadıqlı kimi milli dönük böyük təlaş, həyəcan və təşvişlə Laçın-Xankəndi yolunun başlanğıcında açılan sərhəd-buraxılış məntəqəsi barədə şər-böhtan kampaniyası aparmaqla kifayətlənmir, həmçinin qırx dörd günlük Vətən müharibəsindəki şanlı Zəfərimizdən sonra demək olar ki, bu mühüm tarixi hadisəyə obyektiv qiymət verən, Azərbaycanın mövqeyini müdafiə edən müxalifət nümayəndələrini ittiham edir, həyasızcasına onları satqınçılıqda günahlandırır. Burada deyiblər: “Adımı sənə qoyum, səni yana-yana qoyum”.
Mənəviyyatsız, vətəndaşlıq hissini itirən, erməni lobbisinin təsiri altında olan təşkilatlardan maliyyələşən belələrinin maskalarını yırtmaq, gizli niyyətlərini aşkara çıxarmaq, iç üzünü açıb tökmək üçün millətin öz Vətəninin suverenliyini qoruması və ya qazanması uğrunda mübarizə aparan ideologiyaya sahiblənən, milli birliyi və həmrəyliyi dəstəkləyən, milli nailiyyətləri qürur mənbəyi kimi təbliğ edən hər bir vətənpərvərin, siyasi əqidəsindən, dünyagörüşündən asılı olmayaraq hər bir vətəndaşımızın borcudur.
Vətən sevgisindən, Qarabağ Zəfərindən mənəvi güc alan, yüksək müşahidə qabiliyyətinə malik olan hər bir vətəndaşımız belələrini hər addımda ifşa etməlidir. T.Sadıqlı kimi mənəviyyatsız satqınlara, mayası xəyanətkarlıqdan yoğrulan bu cür antimilli ünsürlərə qarşı barışmaz olmaq, yorulmadan mübarizə aparmaq bizim hər birimizin vəzifə, vicdan borcu, vətəndaşlıq qayəsi olmalıdır.
Zahid Rza, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri