26 aprel 2023 17:41
876

Rafael Leao “Real” və “Çelsi”nin təkliflərindən imtina edib

“Milan”ın futbolçusu Rafael Leao aldığı təkliflərdən ikisindən imtina edib.

“İki sahil” xəbər verir ki, portuqaliyalı hücumçu “Real”la “Çelsi”yə keçməkdən boyun qaçırıb.

24 yaşlı forvard “Milan”da qalmaq istəyindədir. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Leao yeni anlaşma imzalamaq fikrindədir.

Qeyd edək ki, Rafael mövsümün 41 matçında 13 qol və 9 assistə imza atıb.