26 aprel 2023 16:51
380

"Sabah" afrikalı hücumçu ilə yollarını ayırdı

"Sabah" komandası futbolçusu Tiemoko Fofana ilə yollarını ayırıb.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan hücumçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

24 yaşlı afrikalı forvard 2021-ci ilin yanvarından paytaxt təmsilçisinin formasını geyinirdi.