26 aprel 2023 14:58
446

"Barselona" qərarını verdi

"Barselona" futbolçusu Rafinyanın gələcəyi ilə bağlı qərar qəbul edib. 

“İki sahil” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

Kataloniya təmsilçisi yayda 26 yaşlı braziliyalını satmağı planlaşdırır. Klub artıq ona qiymət də qoyub. "Barselona" Rafinya üçün ən az 90 milyon avro istəyəcək. 

Qeyd edək ki, Rafinya ilə "Arsenal" və "Nyukasl" da maraqlanır.