Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsindəki mesajlar Ermənistanda sözün həqiqi mənasında ajiotaj yaradıb. Hayların bəzi mətbuat orqanlarındakı yazılarından, eləcə də sosial şəbəkədəki şərhlərindən görünür ki, onları çıxılmaz vəziyyətə salan Hayastanın Qarabağla bağlı yanlış siyasətidir. “Bizim nə vaxt normal bir rəhbərimiz olacaq?” “Əliyev növbəti bəyanatını Zəngəzurdan verəcək” şərhlərində isə onların Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində əldə etdiyi uğurlara qısqanc yanaşdıqları açıq-aydın sezilir.
Amma Prezident İlham Əliyevin: “Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə” fikirləri “koçaryan, sarkisyan, ohanyansevərlərin” xoşuna gəlməyib. Hətta bu şərəfsizlər Azərbaycanı Haaqa Beynəlxalq Məhkəməsi ilə təhdid ediblər.
Koçaryan, sarkisyan, ohanyansevərlərə bir daha xatırladırıq ki, onların müdafə etməyə çalışdıqları separatçılar Qaradağlı, Malıbəyli, Quşçular, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbeldə soyqırımlar törədiblər. Faşist xislətli, Nijde təfəkkürlü Serjik Sarkisyan, Robert Koçaryan, Seyran Ohanyan yalnız Xocalıda 613 nəfər dinc sakini qətlə yetiriblər, 1275 nəfəri əsir götürüblər ki, onlardan 150 nəfərin taleyi bu günədək məlum deyil. Bu qətliam əslində bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməlidir. Həmin soyqırım cinayətinə görə Ermənistan, həmçinin Qarabağ kartından öz maraqları üçün istifadə edən koçaryan, sarkisyan, ohanyanlar çoxdan beynəlxalq məhkəmə qarşısına çıxarılmalı və haqlı cəzalarını almalı idi. Amma həmin qətliamdan 31 il keçməsinə baxmayaraq, onlar hələ də azadlıqdadırlar. Azərbaycanlılar isə onlar kimi heç zaman belə vəhşiliklər törətməyiblər.
2020-ci ilin sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsinə başladı və 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində yeni təxribatlar törətməyə hazırlaşan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağ ərazisindən iti qovan kimi qovdu. Bununla da Azərbaycan dövləti beynəlxalq hüquq çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum 4 qətnaməni icra etdi. Bu Zəfəri ilə Ermənistana, həmçinin onun havadarlarına sübut etdi ki, inkişaf etmiş Azərbaycan indi hər şeyə qadirdir. Bu gün də Azərbaycan daha sürətlə inkişaf edir, dünya ölkələri ilə əlaqələrini daha da genişləndirir.
O ki qaldı mülki insanların, körpələrin, qocaların qətli ilə fəxarət hissi keçirən, xaraktercə qorxaq və şərəfsiz olan separatçıların əsas simalarına, yəni Serjik Sarkisyana, Robert Koçaryana, Seyran Ohanyana. Qeyd edək ki, artıq erməni ictimaiyyəti onları indi də təxribatlara səsləyən bu separatçıların əlindən təngə gəliblər. Bu yaxınlarda tanınmış erməni fəal və bloger, sülhməramlı təşəbbüsləri ilə tanınan İşxan Verdyanın Prezident İlham Əliyevdən Ermənistanın eks-prezidentləri Serjik Sarkisyanla Robert Koçaryanın Azərbaycana təhvil verilməsi üçün bütün lazımi tədbirlərin görülməsini xahiş etməsi buna əyani misaldır.
Şühbəsiz, İkinci Qarabağ müharibəsində qaçıb gizlənənlər - sarkisyanlar, koçaryanlar, ohanyanlar, eləcə də soyqırımların digər təşkilatçıları və icraçıları layiqli cəzalarını alacaqlar. Daha doğrusu, yaxın müddətdə Azərbaycan beynəlxalq hüquq və prinsipləri əsasında bu dovşanların qulaqlarından tutub onları beynəlxalq hüquq normaları əsasında ədalət mühakiməsinə sürükləməyi bacaracaq və sadə erməni xalqını sevindirəcək. Bununla Azərbaycan həm də hərbi-siyasi müstəvidə olduğu kimi, hüquq platformasında da Hayastanı flaskoya uğradacaq. Necə deyərlər, müharibə bitsə də, mübarizə hələ davam edir.
Qvami Məhəbbətoğlu, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri