“Real”ın qapıçısı Tibo Kurtua La Liqanın 31-ci turunda "Jirona" ilə matçı buraxacaq.
“İki sahil” xəbər verir ki, bu haqda Madrid klubu məlumat yayıb. 30 yaşlı qolkiperin qastroenterit (mədə-bağırsaq xəstəliyi) səbəbindən bu görüşü buraxacaq.
Qeyd edək ki, sözügedən görüş bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.