25 aprel 2023 16:48
386

Yayda "Arsenal"dan ayrılacaq

Bu mövsüm icarə əsasında"Sauthempton"da çıxış edən "Arsenal"ın yarımmüdafiəçisi Ansli Meytlend-Naylz yayda London klubunu tərk edəcək.

“İki sahil” xəbər verir ki, bu 25 yaşlı futbolçu "The Athletic"ə müsahibəsində deyib. Meytlend-Naylsın "Arsenal"la müqaviləsi iyunun 30-da başa çatacaq.

“Əla səyahət idi, amma sona çatdı. Yenidən başlamaq və yeni bir ev tapmaq vaxtıdır. Mən bunu səbirsizliklə gözləyirəm, amma eyni zamanda hazırda bütün diqqətim "Sauthempton"da baş verənlərlə bağlıdır".

İngilis futbolçu onu da qeyd edib ki, klub ona təklif gəlsə, "Sauthempton"da qalmağa hazır olacaq.