Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra, iqtisadi inkişaf istiqamətində ilkin tədbirlər görülsə də bu tədbirlər müxtəlif səbəblərdən uğurlar gətirmədi. Bu inkişaf ancaq böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilkin nəticələr verməyə başladı. Sonra böyük beynəlxalq müqavilələr imzalandı ki, bunlar da böyük iqtisadiyyat üçün böyük imkanlar yaradırdı.
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər. Dövlət başçısı və birinci xanım Salyan şəhərində Ümumilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər, Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib. O, Azərbaycanın bölgələrinə tez-tez səfərlər etdiyini söyləyib. Bildirib ki 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Ölkə başçısı Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıdığını, həm ölkəmizi gücləndirdiyini bildirib.
2014-cü ildən etibarən respublikamızda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir ki, indi bu istiqamətdə dördüncü proqram yerinə yetirilməkdədir. Belə proqramlar müxtəlif bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmasını təmin etmişdir. Belə inkişaf təkcə sosial mahiyyət daşımır, həm də ölkəni gücləndirir. Bu baxımdan Salyan rayonunda da iqtisadi inkişaf üçün əlverişli şərait yaradılmaqdadır. Respublikamızda ən uğurlu proyektlərdən biri də “ASAN xidmət” layihəsidir ki, indiyəcən 24 belə xidmət yaradılıb. Salyanda yaradılan “ASAN xidmət” 25-cidir. Belə bir xidmət ancaq Azərbaycana məxsusdur və bu, əhali tərəfindən olduqca gərəkli hesab edilir, tam səmimiyyətlə bəyənilir. Azərbaycandan nümunə kimi əxs edilən bu xidmət növü hazırda dünyanın bir neçə dövlətində tətbiq edilir. Qürurvericidir ki, “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsi hesab olunur.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd edib: “Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Halbuki mən ölkəmizin digər yerlərinə də müntəzəm olaraq gedirəm. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün.” Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plana üzrə getdiyini vurğulayan dövlət başçısı bildirib: “Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir”.
Cənab Prezident İlham Əliyevin mütəmadi olaraq bölgələrə səfərləri verilmiş tapşırıqlara nəzərat etmək, həmçinin bölgənin inkişafı üçün yeni proqramların hazırlanmasını təmin etməkdir. Infrastrukturun inkişafı, əhalinin məşğulluğunun təmin olunması əsas istiqamətlərdəndir.
Bölgələrin inkişafı ölkəmizi gücləndirir, sosial siyasət uğurla icra olunur. Ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin yaradılması ən önəmli və uğurlu proqramlarından biridir. Bu mərkəzlərin yaradılmasının əsas məqsədi sürətli və effektiv şəkildə müraciətlərin həll olunmasını təmin etmək, dövlət xidmətlərinin keyfiyyətini yüksəltməkdir.
Bütün bu işlər Azərbaycan vətəndaşının dövlət başçısının siyasətinə inam və etimadını gündən-günə artırır. Hər zaman onun yanında olaraq onun bu siyasətini dəstəkləyir.
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri