25 aprel 2023 11:56
397

Türkiyə millisinin üzvü "Atletiko"ya keçir

"Lester"in müdafiəçisi Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirəcək.

"İki sahil" Nikolo Şkiranın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü “Atletiko” ilə azad agent kimi müqavilə imzalayacaq. Müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.

Qeyd edək ki, Söyüncü bu mövsüm "Lester"in heyətində 6 oyuna çıxıb.