25 aprel 2023 02:11
827

Baş məşqçisi Kadinin vəziyyətini açıqladı - YENİLƏNİB

"Krasnodar"ın baş məşqçisi Vladimir İviç Rusiya Premyer Liqasının 24-cü turunda bu gün "Spartak"la oyunda ciddi zədə alan futbolçusu Kadi Borgesin durumundan danışıb.

“İki sahil” xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:

"Kadi hazırda xəstəxanadadır. Bildiyimə görə, üz sümüyü sınıb. Əlavə məlumat gözləyirik".

Xatırladaq ki, oyun zamanı rəqib futbolçusu ilə toqquşan "Qarabağ"ın sabiq futbolçusu yerə yıxılaraq huşunu itirib. Dili qatlanan futbolçuya ilk yardımı rəqibin kapitanı Georgi Cikia edib.

***

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borxes Rusiya Premyer Liqasının 24-cü turunun “Spartak”la oyununda ciddi zədələnib.

“İki sahil” xəbər verir ki, ikinci hissənin əvvəlində o, hava mübarizəsində “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşub. Kadi başını rəqibin çiyninə vuraraq yerə yıxılıb. Bir neçə saniyə huşunu itirən futbolçunun dilini udmaması üçün ona ilkin tibbi yardımı Cikiya özü göstərib. Bundan sonra Borxes özünə gəlsə də, görüşü davam etdirə bilməyib. Onu meydandan elektromobillə aparıblar.

Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu 2021-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib.