24 aprel 2023 16:13
429

"Borussiya"da rekord

"Borussiya" (Dortmund) klub tarixində unikal nailiyyətə imza atıb.

“İki sahil” xəbər verir ki, bu, Bundesliqanın 29-cu turunda "Ayntraxt"la oyunda qeydə alınıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, komanda Almaniya çempionatında bir mövsümdə doğma meydanda ardıcıl 9-cu qələbəsini qazanıb. Əvvəllər klub bütün tarixində bunu edə bilməyib.

Bu qələbə ilə "Borussiya" Almaniya çempionatının turnir cədvəlində birinci pilləyə qalxıb. Komanda keçirdiyi 29 matçda 60 xal toplayıb.