24 aprel 2023 03:10
411

PFL bu oyunu təxirə salıb

26 aprel tarixində baş tutmalı olan “Kəpəz-2” – “Qarabağ-2” görüşü təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Açıqlamada qeya edilib: “Qarabağ-2” komandasının dünən keçirilən məşqi zamanı futbolçu Şirxan Həsənzadənin səhhətində problemlər yaranıb. “Qarabağ-2” komandası xoşagəlməz hadisənin komandanın digər oyunçularına da psixoloji cəhətdən təsirsiz ötüşməməsi səbəbindən I Divizionun XXVI turunda “Kəpəz-2”yə qarşı keçirəcəkləri matçın təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

“Qarabağ-2” komandasının müraciəti, “Kəpəz-2” komandasının razılığını nəzərə alan Peşəkar Futbol Liqasının İdarə heyətinin qərarı ilə 26 aprel tarixində baş tutmalı olan “Kəpəz-2” – “Qarabağ-2” görüşü təxirə salınıb. Oyunun keçirilmə vaxtı ilə bağlı əlavə məlumat veriləcək".