"Mançester Yunayted" İngiltərə Federasiya Kubokunda finala yüksəlib.
“İki sahil” xəbər verir ki, "qırmızı şeytanlar" yarımfinalda "Brayton"u mübarizədən kənarlaşdırıb. Əsas və əlavə vaxtın qolsuz başa çatdığı oyunun qalibi penaltilər seriyasından sonra məlum olub.
Burada daha dəqiq olan (7:6) "Mançester Yunayted" adını finala yazdırıb. Komanda həlledici oyunda "Mançester Siti" ilə üz-üzə gələcək. Final matçı iyunun 3-də keçiriləcək.