“Xorvatiyada keçirilən Avropa çempionatına iki qardaş ölkə öz imzasını atdı”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri və Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov öz “Facebook” profilində paylaşıb.
Federasiya prezidenti paylaşımında yazıb:
“Xorvatiyada başa çatan Avropa çempionatının son günündə güləşçilərimiz çox böyük uğurlara imza atdı. Yarışın son günündə 2 qızıl, 1 bürünc medal qazandıq. Güləşçilərimiz qələbələrini Azərbaycan dövlətinə, Ali Baş Komandana və dövlətimizin bütün sərhədlərini qoruyan hərbi qulluqçularımıza həsr edir. Belə əlamətdar gündə məğlub ola bilməzdik! Avropa çempionatında Azərbaycan güləşçiləri 5 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 14 medal qazandı”.
Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatını ümumilikdə 6 medalla başa vurub. Bunlardan ikisi qızıl, üçü gümüş, biri isə bürünc əyarlıdır.