Ən böyük şəxslər özlərindən çox xalqını düşünənlərdir. Ata yolunu,ata idealını uğurla, layiqincə davam etdirən Cənab Ali Baş Komandan - İlham Əliyev, məhz belə şəxsiyyətlərdəndir. Onun prezident olmasından tarixən o qədər də çox vaxt keçməyib. 2003-cü ilin oktyabr ayı xalqın
tarixinə qızıl hərflərlə yazılıb. O vaxt da xalqımız ayağa qalxaraq, 1993-cü ildə olduğu kimi ölkəni anarxiya və hərcmərclik dövrünə qaytarmaq istəyənlərə açıq bir şəkildə "Yox!" dedi və öz taleyini İlham Əliyevə etibar etdi. Azərbaycan xalqı əmin idi ki, İlham Əliyev ulu öndər Heydər Əliyevin
qoyduğu yolu uğurla davam etdirəcək, Azərbaycanı bu yolla daha da irəli aparacaq. Təbii ki, xalq yanılmadı. Prezident kimi fəaliyyətə başladığı ilk vaxtlardan xalqı irəliyə apardı,inkişafını ən yüksək şəkildə təmin etdi İlham Əliyev. ƏbuTurxanın məşhur bir kəlamında dediyi kimi: "Böyük siyasətçilər bəzən aşkarda axın istiqamətində, alt qatda isə ikiqat sürətlə axına qarşı üzməli olurlar”.Heydər Əliyev yolunun layiqli davamçısı olan İlham Əliyev istər apardığı islahatlar, istər sarsılmaz iradəsi, istərsə də zəkası ilə Azərbaycanın etibarlı tərəfdaşı olduğunu sübut etdi və görkəmli dövlət xadimi kimi böyük nüfuz qazandı. Bütün bunlara baxmayaraq, xalqımızın yaşam rifahının xeyli artmasına rəğmən, hələ də Azərbaycanın ən böyük yarası sağalmamışdı. Və hər il bu yara daha da ağrıverici olurdu. Bu səbəbdən İlham Əliyevin qarşısında duran ən böyük vəzifələrdən biri də torpaqlarımızı azad etmək idi. Xalq ona özü qədər güvənirdi.
Torpaqları azad etmək üçün ilk öncə baş verənlər haqqında dünyada düzgün təsəvvür formalaşdırmaq lazım idi. İlham Əliyev dəfələrlə müxtəlif konfranslarda iştirak edərək, erməni vandalizmini, Xocalı soyqrımını dünyanın diqqətinə çatdırmışdır. Çox uzağa getmədən biz Münhen Təhlükəsizlik Konfransını nümunə göstərə bilərik. Həmin vaxt İlham Əliyev özünün səlis nitqi, özgüvənli jest və mimikaları, faktlara əsaslanan danışığı ilə Azərbaycanımızı layiqincə təmsil etdi. Elə, Valday klubunun sessiyası çərçivəsində cənab Prezidentin söylədiyi ifadə indi də dillər əzbəridir: Qarabağ Azərbaycandır!
İlham Əliyev daim sülh tərəfdarı olmuş, nahaq yerə qan tökülməsiniistəməmişdir. Buna görə də Ali Baş Komandanımız müxtəlif təşkilatlarla daim əlaqə saxlayır, məsələnin sülh yolu ilə həllinə razılıq verirdi. Lakin nə ATƏT-in Minsk qrupu, nə BMT, nə də digər beynəlxalq təşkilatlar erməni vandalizminə “DUR” demək istəmirdi. Aprel döyüşləri zamanı gücümüzü görsələr belə, düşmənlər hələ də öz miflərinə inanır, xəyali “Keçilməz sədlərinə” güvənirdilər. Artıq bəsdir! 27 sentyabrda düşmən həmləsinə cavab olaraq, Ali Baş Komandanımızın əmri ilə qoşunumuz əks hücuma keçdi. Bəli, illərlə gözlənilən o əmr… Və beləcə 44 günlük dünyaya səs salan müharibə ərzində, Azərbaycan ordusunun gücü, xalq-iqtidar birliyi və Prezidentimizin uzaqgörən siyasəti nəticəsində torpaqlarımız azad olundu.
Prezidentimizin başçılığı ilə bu gündə Şərqi Zəngəzurda yenidənqurma və bərpa işləri uğurla davam etdirilir. Təsadüfideyilki, 18 aprel 2023-cü ildə regionların inkişaf proqramı çərçivəsində prezidentin Salyana səfəri zamanı yenədə bu məsələyə toxunmuş və aşağıdakı fikirləri söyləmişdir:
- Bu işlər də plan üzrə gedir. Bildiyiniz kimi, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Halbuki mən ölkəmizin digər yerlərinə də müntəzəm olaraq gedirəm. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz- bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağalı və Talış kəndlərində. Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük- abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq.
Prezidentimiz ordu quruculuğu məsələsinidə daima diqqət mərkəzində saxlamış və yenədəSalyandakı müsahibədə bu fikirləri millətimizə və dünya ictimaiyyətinəçatdırmışdır:
-Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Tam əminliklə deyə bilərəm ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə - ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlərəsas vəzifədir, bu vəzifə və Qarabağın, Şərqi Zəngəzurun bərpası vəzifəsidir.
2003-cü ildə Ümumilli Liderimiz Heydər Əliyev xalqa müraciətində belə demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim teleyüklü məsələləri, planları sizin dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bəli, zaman Ulu Öndərin inamını təsdiq etdi… Bu gün Azərbaycan xalqı haqlı qürur hissi keçirir ki, onun prezidenti dünyanın hər yerində öz ölkəsinə, doğma xalqına böyük hörmət və nüfuz qazandırır, Vətənimiz uğur dalınca uğura imza atır, ölkə başçısı doğma xalqının, el-obasının qayğıları ilə yaşayır. Qurucu Prezident gecə-gündüz xalq içərisindədir. Yurdun bütün bölgələrində quruculuq-abadlıq işlərinə şəxsən özü rəhbərlik edir.İnanıram ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə yaxın zamanlarda Qarabağ da öz qucağını övladlarına açacaq və mən at-baba yurdumu öz gözlərimlə görəcəm. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandanımız!
Ulduz Əliyeva,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 39" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri