Dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi strategiyanı inamla davam etdirərək Azərbaycanın dinamik inkişafında yeni mərhələnin əsasını qoymuşdur.Prezident İlham Əliyev XXI əsrin yeni lideri olaraq Azərbaycan Dövlətini inamla irəli aparır. Onun hakimiyyəti illəri ölkənin dinamik inkişafı, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.
Prezident İlham Əliyevin apardığı istər xarici və istərsə də daxili siyasətində Azərbaycan dövlətinin və Azərbaycan xalqının mənafeyi müdafiə olunur. Bu gün Azərbaycanın dinamik inkişafı mərhələli şəkildə həyata keçirilməklə bütün iqtisadi sferanı əhatə edir. Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilmiş, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunmuş, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılmışdır. Azərbaycanbugüniqtisadipotensialbaxımındanregionunliderölkələrindən biridir.DövlətbaşçısıİlhamƏliyevindəfələrləvurğuladığıkimi, AzərbaycanınhazırkıuğurlarınınəsasındahəmdəümummilliliderHeydərƏliyevinhələrespublikayarəhbərliyininbirincidövründəformalaşdırdığımöhkəmiqtisadipotensialdayanır.
Dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Belə ki, Qarabağda aparılan quruculuq işləri, mərhələli şəkildə qaçqınların öz doğma yurdlarına qayıdışı, orada çəkilən müasir yol infrastrukturu, işıq və su xəttləri, tikilən məktəblər, ictimai-siyasi obyektlər bir daha dinamik inkişafın bariz nümunəsidir. Eyni zamanda dövlət büdcəsinin artması ilə yanaşı pensiyaların, maaşların və sosial yardımların artması, subsidiyaların artması, ipoteka yolu ilə güzəştli mənzillərin verilməsi,sosial infrastrukturla bağlı işlərin aparılması xalqın artan rifahının yüksəlməsinə xidmət edir.
Xüsusilə qeyd etmək lazımdır ki, illər ərzində bu fəaliyyət çərçivəsində bütövlükdə görülən bütün bu işlər, həyata keçirilən tədbirlər siyasi birliyin gücləndirilməsini və milli həmrəyliyin möhkəmləndirilməsini təmin edən çox mühüm amildir.
Sevda Nəzərova,
Bakı şəhəri, 138 nömrəli məktəbin günüuzadılmış qrup müəllimi,
YAP Xətai rayon təşkilatının fəalı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri