22 aprel 2023 21:24
463

Ulu Öndərin siyasi iradəsinin, uzaqgörənliyinin təntənəsi

Azərbaycan iqtisadiyyatı, onun inkişafı, Ulu Öndərin adı ilə bağlı olmuşdur. Hələ 1969 cu ildə Respublikada rəhbərliyə gələrkən burada artım sürəti aşağı idi. Lakin Respublkaya rəhbətliyinin ilk 14 ilində Sovet İttifaqında əsas iqtisadi göstəricilərin artım sürəti aşağı olduğu vaxtda Azərbaycanda göstəricilər yüksəlməyə başladı. Bu illərdə milli gəlirin həcmi 2,5 dəfə artmış, 250 dən çox fabrik-zavod tikilmiş, mənzil tikintisinin həcmi artmışdı. Bu dövrdə neft-mədən avadanlığının ucdə iki hissəsi, məişət kondinsionerlərinin hamısı, sintetik kauçuk, kimya məhsullarının xeyi hissəsi Azərbaycanda istehsal edilirdi. Azərbaycanda istehsal olunan 35 adda yüksək keyfiyyətli məmulat dünyanın 65 ölkəsinə ixrac edilirdi.Bu dövrdə kənd təsərrüfatinda da yüksək nəaliyyətlər əldə edilmişdir.
 Sonrakı illərdə bu iqtisadi göstəricilər təəssüf ki aşağı düşməyə başladı. Xüsusən sovetlərin dağılması, milli münaqişə ocağının yaranması, respublikaya səriştəsiz adamların rəhbərlik etməsi istisadiyyata təsirsiz ötüşmədi. 90-cı illərn əvvəllərində bu proseslər bütün kecmiş sovet respublikalarında özünü göstərirdi. Eyni zamanda Qarabağ problemi, Erməni təcavüzü, müharibə, vəziyyəti daha da cətinləşdirmişdi. Ölkədə iqtisadi xaos, vətəndaş müharibəsi vəziyyəti yaranmışdı. Məhz belə çətin vəziyyətdə Respublikaya Ulu Öndərin qayıdışı baş verdi. Vətəndaş müharibəsi təhlükəsinin qarşısını alan Ulu Öndər cökməkdə olan iqtisadiyyatı ayağa qaldırmaq üçün ilk gündən etibarən əməli addımlar atmağa başladı.

“İndi biz azad bazar iqtisadiyyatı yolu ilə gedirik.Bu formaların hamisi Azərbaycanda yerini tuta bilər. Biz bunların heç birinə mane olmayacağıq.Ancaq hansı formalar ümummilli mənafedən Azərbaycan gənclərinin təhsil səviyyəsini qaldıra biləcəksə,yaxşı nəticələr verə biləcəksə biz bunun haqqında düşünməliyik”,–deyən Ulu Öndər Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə yeni iqtisadi tələblərin tətbiqinə xeyir dua verdi.

1993-cü ilin sentyabrnda Bakı Kondinsionerləri zavodunda sənaye müəsisələri və əmək kollektivləri ilə görüşündə Ulu Öndər Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinn yaxşılaşması üçün əsas şərt kimi iqtisadi potensiyalı göstərdi. Azərbaycan sənayesinin ölkənin müstəqil dövlət kimi yaşamasının etibarlı iqtisadi potensialı hesab edən Ulu Öndər mövcud olan sərvətlərdən səmərəli istifadə edilməsinin vacibliyini vurğulamışdır. Bu dövrdə Ulu Öndər Azərbaycan sənaye potensialının Respublikanın müstəqil dövlətinin inkişaf etməsində mühüm amil olduğunu bildirdi. O, bu sənaye müəsisələrində çalışan adamların fəaliyyətini yüksək qiymətləndirmiş, çətin şəraitdə öz peşə borclarını layiqincə yerinə yetirdiklərinə görə onlara minnətdarlığını bildirmişdir.

Neft sənayesi iqtisadiyyatda mühüm yer tutur. Bu amili Ulu Öndər əsas götürərək xarici şirkətlərlə müqavilə bağlamaq haqqinda hazirlıqlara başladı. Bu yolda digər dövlərlərin təcrübəsindən istifadənin mümkünlüyünü vurğulayan Prezident başqa ölkənin bizim bazar iqtisadiyyatına heç bir təsirinin olmamasını da vurğulamışdır.

Böyük Britaniyada rəsmi səfərdə olarkən mətbuat konfransında Prezident Azərbaycanda bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişaf etdirilməsi iqtisadiyyatın sərbəstləşdirilməsi, xüsusi kapitalın Azərbaycana cəlb olunmasıamilini önə çəkmişdir. Bununla əlaqədar iqtisadi əməkdaşlığa maraq göstərənləri Azərbaycana dəvət edən Prezident əməkdaşlıq edən xarici şirkətlərin müdafiəsinə təminat vermişdir.
 Prezident eyni zamanda iqtisadiyyatın təqribən yarısını təşkil edən kənd təsərrüfatina da diqqət çəkmişdir. Azərbaycanın iqtisadi potensialı, geopolitik coğrafi vəziyyəti respublikamız, xalqımız üçün böyük, gözəl xoşbəxt gələcək vəd edir. Azərbaycan neft yataqları xalqımızın ən böyük milli sərvətidir. Və ondan bu gün də gələcəkdə də çox ehtiyatla istifadə edilməlidir. Azərbayvcanın öz təbii sərvətlərindən istifadə etməsi ilə əlaqədar apardığı strateji siyasət Azərbaycanın milli mənafeyinə cavab verən siyasətdir. 1994-cü il 20 sentyabrında Azərbaycanla xarici neft şirkətləri arasinda “Əsrin Müqaviləsi”adini almış müqavilələr bağandı. Bu Ulu Öndərin siyasi iradəsinin,uzaqgörənliyinin təntənəsi idi.
 “Əsrin Müqaviləsinin V ildönümünə həsr edilmiş mərasimdə Ulu Öndər ölkəmizin iqtisadi cəhətdən inkiçaf etmiş ölkə olması, vətəndaşların firavan həyat sürməsi arzularını ifadə edilmiş, Azərbaycan iqtisadiyyatının başqa sahələrinin də inkişaf etdirilməsi vurğulanmışdır.
Cıxışların birində Prezident qeyd etmişdir ki Azərbaycanın ən böyük sərvəti Xəzərdən çıxarılan külli miqdarda neft yox, neftcixarmada toplanan zəngin təcrübə, böyük alim ordusudur.
1999-cu ildə Azərbaycan Dövlət Neft Fondu təsis olunmuşdur. Bu fondda yığılan vəsaitlərin Azərbaycan iqtisadiyyatının başqa sahəlrinə də yönəldilməsi nəzərdə tutulub. Fonddan respublikanın iqtisadi və sosial rifahı naminə səmərəli istifadə etmək üçün xüsusi proqram hazirlanmışdır.
Bu gün ölkəmiz dünya miqyasında geostrateji əhəmiyyətə malik olan coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlardan və potensialından istifadə edərək Şərq və Qərb arasında körpü rolunu səmərəli surətdə həyata kecirməyə qadirdir. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində digər iqtisadi sahələrin inkişaf etdirilməsində xalqın rifahiin yüksəlməsi məqsədi əsasdır. Bu gün iqtisadiyyatımız əsasən sosialyönümlüdür İqtisadiyyatın özəyini isə özəl sektor, sahibkarlıq təşkil edir. Ulu Öndər vurğulaışdır ki, bizim ən böyük nəaliyyətimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləridir.
Bu gün Azərbaycan iqtisadiyyatı Ulu Öndərin yaratdlğı, əsasını qoyduğu inkişaf edən xətt üzrə inkişaf edir. Onun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev dövlər quruculuğunun bütün sahələrində Ulu Öndərin siyasi və iqtisadi xəttini şərəflə davam etdirir. İqtisadiyyatımız inkiaf edir,azad edilmiş torpaqlarımızda möhtəşəm layihələr əsasında quruculuq işəri tam sürətlə davam edir. Ölkəmiz yaxin Şərqdə, Qafqazda güclü potensiyalı olan bir ölkəyə çevrilməkdədir.

Orxan İsmayılov
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəalı