İngiltərə Premyer Liqasında 32-ci turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, bu gün daha 1 matç keçirilib. "Tottenhem" "Nyukasl"ın qonağı olub. Görüşdə meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, "Nyukasl" hazırda turnir cədvəlində 59 xalla 3-cü (31 oyun), "Tottenhem" isə 53 xalla 5-cidir.
İngiltərə Premyer Liqası,
32-ci tur
"Nyukasl" 6-1 "Tottenhem"
Qollar: Mörfi, 2, 9, Jolinton, 6, İsak, 19, 21, Uilson, 67 - Keyn, 49