23 aprel 2023 20:31
375

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

“İki sahil” xəbər verir ki, o, həlledici qarşılaşmada gürcüstanlı Coni Xetsuriani ilə üz-üzə gəlib.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.