Bu gün Misli Premyer Liqasının 31-ci turu çərçivəsində "Sumqayıt" "Qəbələ"ni qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 58-ci dəqiqəsində Vüsal İsgəndərli hesabı açıb. 63-cü dəqiqədə isə Kərim Abubakar meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.
74-cü dəqiqəsində Omar Haninin fərqi azaltdığı oyunun 77-ci dəqiqəsində Emil Səfərov hesabda tarazlığı bərpa edib.
Matçda son nöqtəni 90+5-ci dəqiqədə Ramon Maçado qoyaraq “Qəbələ”nin qələbəsini təmin edib.
Misli Premyer Liqası,
31-ci tur
23 aprel (bazar)
18:00. “Sumqayıt” 2–3 “Qəbələ”
Qollar: Vüsal İsgəndərli, 58 (1:0), Kərim Abubakar, 63 (2:0), Omar Hani, 74 (2:1), Emil Səfərov,77 (2:2), Ramon Maçado, 90+5 (2:3)
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“Kapital Bank Arena”